Gəncədə Bayraq Günü münasibətilə velosipedli aksiya!
Dövlət Bayrağı gününü Gəncə sakini Firudin Məmmədov özünə məxsus şəkildə qeyd edir. Kecmiş idmançı bu bayram günündə velosipedinə Azərbaycanın üc rəngli bayrağını sancaraq Gəncənin prospekti və küçələrini gəzib. O, bayrağa olan sevgisini bu formada nümayiş etdirdiyini söyləyib, hər kəsi bayrağımızı daha çox sevməyə və uca tutmağa çağırıb.
Havanın yagışlı olmasına baxmayaraq Firudin Məmmədov aksiyasını sona qədər davam etdirib.