Dollar bahalaşdı, avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bahalaşaraq 1,0501 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi isə 1,1281 manata enib.

 

Rusiya rublu da ucuzlaşıb. Bu gün 1000 Rusiya rublunun dəyəri 16 manat 30 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi beş gün açıqlayır.

Müəllif | Apa.Tv
Apa.tv