İordaniyada kütləvi qətliam: yerli polis amerikalı mütəxəssisləri güllələdi
İordaniya paytaxtında silahlı insident yaşanıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşlarının məşq meydançasında azı 6 nəfər öldürülüb, bir neçə nəfər isə yaralıdır. Atəşi iordaniyalı polis açıb.
Öldürülənlərdən ikisi amerikalı, biri cənubi afrikalı, digərləri iordaniyalıdır. Qətli törədən polis də öldürülüb.
İordaniya kralı II Abdullah hospitala yerləşdirilən yaralı polis zabitlərini ziyarət edib. Kral onların müalicəsini şəxsi nəzarətə götürüb.
Qətlə yetirilən amerikalılar təlimatçı-mütəxəssislər olub. Onlar yerli polislərə təlim keçmək üçün İordaniyaya gəliblər.