Obamadan Ərdoğana: "Antalya sammitinə qədər PKK terroruna son verilməlidir"

ABŞ  və Türkiyə prezidentləri Suriyada vəziyyətin stabilləşməsi və İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi barədə birgə səyləri artırmağın vacibliyini qeyd ediblər.

 

APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, Ağ Evdən iki dövlət başçısının telefon danışığında bəzi digər məsələlər barədə də danışdıqlarını bildiriblər.


Barak Obama daha sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə də əlaqə saxlayıb.

"Tərəflər Suriyada müxalifətin gücləndirilməsini və bu qüvvələrin İŞİD-lə mübarizəyə yönləndirilməsinin vacibliyini vurğulayıblar. Dövlət başçıları Suriyada vəziyyətin siyasi yolla stabilləşdirilməsinin yolları barədə də müzakirə aparıblar", - deyə xəbərdə bildirilir.

ABŞ prezidenti türkiyəli həmkarı ilə Antalyada keçiriləcək G20 sammitinə hazırlıqlar barədə söhbət edib. Obama bu sammitin təhlükəsizliyi üçün PKK terroruna son verilməsini vacib hesab etdiyini qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv