PKK Türkiyədə bir hərbçini və bir polisi şəhid etdi

Türkiyənin Hakkari vilayətində PKK hərbçilərin müşayiəti ilə hərəkətdə olan polis kovoyuna silahlı hücum edib.

 

APA TV-nin türk mətbuatına istinadən verdiyi məlumata görə, bir zabit və bir polis şəhid olub.

 

Şəmdinlidən Yüksəkova istiqamətində hərəkətdə olan konvoya iri çaplı silahlardan atəş açılıb. Terrorçulara cavab verilib, onlar hadisə yerindən qaçıblar. Hadisə yerində yaralanan polisi xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlara başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv