Şəmkir sakini qonşusunu bıçaqladı - QISQANCLIQ

Şəmkirdə bıçaqlanma olub. APA TV-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü kənd sakini Mövlan Fərrux oğlu Məmmədov həmkəndlisi və qonşusu, 1993-cü il təvəllüdlü Elnur Bəhlul oğlu Xəlilovu bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, Mövlan Məmmədov həyat yoldaşının telefonunda Elnur Xəlilovun nömrəsindən gələn SMS görüb və sonra mübahisə edərək onu bıçaqlayıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv