Kafedə narkotik satarkən yaxalandı

Narkotik vəsitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini həbs edilib. APA TV-nin məlumatına görə, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat axtarış tədbiri keçirib. Nəticədə Qax rayon Qaxbaş kənd sakini 39 yaşlı Ustarov Mahmud Nadir oğlu saxlanılıb. O, rayonda yerləşən kafelərdən birində, qanunsuz olaraq əldə etdiyi ümumi çəkisi 108.7 qram olan qurudulmamış marixuananı şərti alıcı Əhmədov Talıb Sərxan oğluna  satarkən, elə iş başında yaxalanıb. Saxlanılan Mahmud Ustarov şübhəli şəxs qismində Qax RPŞ-nə gətirilib və barəsində cinayət məcəlləsinin 234.2  maddəsi ilə cinayət işi açılıb.

 

Mahmud Ustarov ifadəsində narkotik vasitə hesab olunan qurudulmamış marixuananı Kürmük çayının sahilindən yığdığını söyləyib.

 

Qeyd edək ki, Mahmud Ustarov əvvəllər də bir dəfə narkotik maddələri saxlama maddəsi ilə həbs olub.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov