Şəmkirdə “Mercedes” "Jiquli" ilə toqquşdu: 3 yaralı

Şəmkirdə 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, magistral yolda Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1981-ci il təvəllüdlü Ceyhun İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə  Keçili kənd sakini, 1970-ci il təvəllüdlü Kamran Əsgərov VAZ2106“ markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü və “VAZ”-da olan sərnişin Keçili kənd sakini, 1971-ci il təvəllüdlü Əşrəf Məhərrəmov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli