PKK mina partlatdı: 21 hərbçi yaralandı

Türkiyədə minanın partladılması nəticəsində 21 hərbçi yaralanıb. APA TV-nin xəbərinə görə, hadisə Diyarbəkir əyalətinin Silvan şəhəri yaxınlığında qeydə alınıb.

 

PKK terrorçuları yol kənarında quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Partlayış nəticəsində 21 hərbçi yaralanıb. Yaralılardan birinin vəziyyəti kritikdir. 

 

Məlumata görə, partlayış bir qrup hərbçi Diyarbəkirdən əməliyyatın keçirildiyi Silvan şəhərinə yollanarkən törədilib.

 

Terrorçuların müəyyənləşdirilərək məhv etdirilməsi üçün insidentin baş verdiyi ərazidə irimiqyaslı əməliyyat keçirilir.

 

Müəllif | Apa.Tv