Balakəndə iki kənd mavi yanacaqla təmin olunub

Balakən rayonunun 2 kəndinə mavi yanacaq verilib. Rayonun Yeni Şərif və  Şambul kəndlərində dövlət vəsaiti hesabına çəkilmiş yeni qaz xəttlərinin  açılışı olub. APA TV-nin məlumatına görə, bu münasibətlə təşkil olunan açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Rəbiyə Aslanova, "Azəriqaz" İstehsalat Birliyinin tikinti şöbəsinin rəisi Aydın Hüseynov, müvafiq idarə və müəssisə nümayəndələri, Yeni Şərif və Şambul kənd sakinləri iştirak edib. Tədbirdə vurğulanıb ki,  2013-cü ildə Balakən rayonunda ən çox iş görülən sahələrdən biri də rayonun qazlaşmasıdır. Cari il ərzində rayonda 4722 evə qaz xətti çəkilməklə abonent sayı 19756 nəfərə çatdırılıb və sayğaclaşma işləri  həyata keçirilib. Hazırda rayon üzrə qazlaşma 97,0 faiz təşkil edir. Qaz xəttinin açılışı mərasimində çıxış edən Balakən RİH-nin başçısı İslam Rzayev  kənd sakinlərini təbrik edərək hazırda rayonun sonuncu 2 yaşayış  məntəqəsinə qaz çəkilişinin davam etdiyini və 2013-cü ilin sonuna rayonun  qazlaşmasının tam başa çatdırılacağını bildirdi.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov