Bakının mərkəzinə zəncirvari qəza: 4 maşın əzildi
Bakıda 4 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
APA TV-nin məlumatına görə, hadisə 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Hələlik kimliyi müəyyən olunmayan "BYD"nin sürücüsü yol kənarında dayanan 3 maşını əzib. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. İlkin araşdırma zamanı müəyyən olunub ki, 28 May küçəsi ilə yüksək sürətlə hərəkətdə olan "BYD" nin sürücüsü qəfildən idarəetməni itirib və yol kənarında dayanan "Volkswagen", "BMW" və "Mercedes"i əzib.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Maşınlar evakuator vasitəsilə cərimə meydançasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.