Dollar və avro bahalaşdı - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, bu gün noyabrın 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənərək 1,0504 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi də yüksələrək 1,1301 manata çatıb.
Rusiya rublu isə ötən gün olduğu kimi, 16 manat 30 qəpik olaraq qalıb.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi beş gün açıqlayır.