Türkiyə PKK liderlərinin başına pul qoydu
Türkiyədə terrorla mübarizə tədbirləri davam etdirilir.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə hökumətinin bu qərarı ilə bağlı mükafat komissiyasının ilk konfransında məlumat verilib.
PKK terror təşkilatlarının rəhbərləri və üzvləri barədə hüquq-mühafizə orqanlarını xəbərdar edənlər üçün açıqlanan pul mükafatı ilk dəfə PKK-nın Tunceli qanadının lideri Cəlal Candəmirin yerini bildirən şəxsə veriləcək.
Siyahıda ilk yerdə qərarlaşan Candəmirin tapılmasına görə 300 min lirə mükafat veriləcəyi müəyyənləşib.
Türkiyənin təhlükəsizlik orqanlarından isə bildirlib ki, Cəlal Candəmirin tapılmasında köməkçi olanların adları yalnız dövlət səlahiyyətlilərinə məlum olacaq və mövzu sirr kimi qorunacaq.
Mükafat komisiyasının toplantısında o da qeyd olunub ki, terrorçuların tapılması məqsədilə yardımçı olan insanların təhlükəsizliyinin təmin olumasına da zəmanət veriləcək.
Xəbərlər təhlükəsizlik orqanlarına və polisə şifahi, yazılı və elektron formada çatdırıla bilər.
Qeyd edək ki, PKK-nın Tunceli qanadının lideri Cəlal Candəmir bir həftə öncə öldürülüb. Onun yeri polisə ötürülən bilgilər əsasında müəyyən olunub.