Əsəd ordusu Hələbdə strateji aeroportu geri aldı

Suriya ordusu Hələb şəhəri yaxınlığındakı Kveyras aviabazasını ələ keçirdiyi barədə məlumat yayıb.

 

APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, bu strateji baza uğrunda üç ilə yaxındır şiddətli döyüşlər gedir.


Əsəd qüvvələrinin obyekti geri almasından sonra İŞİD əks-hücum üçün bir neçə dəfə cəhd etsə də bu uğursuzluqla nəticələnib. Hazırda ərazidə möhkəmlənən qüvvələrə əlavə dəstək göndərilir.


Suriya mətbuatı aeroportun ələ keçirilməsində Rusiya aviasiyasının dəstəyinin böyük rol oynadığını qeyd ediblər.

Müəllif | Apa.Tv
Apa.tv