Davudoğlu: "Qərb Suriyaya qoşun yeritsə, onların yanında olacağıq"

Bir neçə ölkə Suriyaya yerüstü qoşun növləri göndərə bilər. APA TV-nin rus mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu və ABŞ Hərbi Hava Qüvvələrinin komandanı bəyanat veriblər.

 

CNN telekanalına müsahibəsində Əhməd Davudoğlu deyib: "Biz Suriyada quru qoşunlarının yerləşdirilməsi məsələsi ətrafında birgə düşünməliyik. Bu, təkmilləşdirilmiş strategiyanın bir hissəsini təşkil etməlidir. Belə olan halda Türkiyə bu qoşunların tərkibində iştirak edəcək".

 

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms bəyan edib ki, aviasiya nə hər hansı bir ərazini işğal edə, nə də onu idarə edə bilər. Bu halda isə quru qoşunlarının dəstəyindən istifadə olunması qaçılmazdır.


Qeyd edək ki, daha öncə Birləşmiş Ştatlar müxalifət qüvvələrinin təşkilatlanması məqsədilə Suriyaya az sayda xüsusi təyinatlı göndərib.

Müəllif | Apa.Tv
Apa.tv