Türkiyədə gəmi faciəsi: 14 ölüdən 7-si uşaqdır

Türkiyənin Çanaqqala şəhərinin Heyvacıq qəsəbəsi yaxınlığında qaçqınları daşıyan gəmi batıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, faciədə ölənlərin sayı 14 nəfərdir. Onlardan 7-si azyaşlıdır. 27 nəfər isə dəniz polisi tərəfindən xilas edilib.

 

Qaçqınları daşıyan gəmi Heyvacıq sahillərindən Egey dənizinə istiqamətlənibmiş. Gəminin batma səbəbləri hələlik bəlli deyil.

 

Hadisə yerinə xilasedicilər cəlb olunub cəsədlərin axtarışı davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv