Kanala düşən maşın 3 nəfərə məzar oldu

Bərdədə dəhşətli yol qəzası baş verib. "VAZ 21 015" markalı minik maşını Qarabağ kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsinə düşüb. Nəticədə iki nəfər hadisə yerində keçinib, dörd nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-uə bildirilib ki, yaralılardan biri, Ağcabədi rayonu Hüsülü kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Fəzail Rövşən oğlu xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılar , Ağcabədi rayonu Hüsülü kənd sakinləri 1990-cı il təvəllüdlü Mirzəyev Alı Hasil oğlu, onun həm yaşıdı Əhmədov Rəcəb Xanoğlan oğlu və 1985-ci ildə anadan olmuş Fətəliyev Vasif Ceyhun oğlunun vəziyyəti orta ağır olaraq qalır.

 

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv