ABŞ-da təyyarə yaşayış binasının üzərinə düşdü: ölənlər var
ABŞ-ın Ohayo ştatının Ekrone qəsəbəsində təyyarə qəzası baş verib.
APA TV-nin "Rossiya 24" telekanalına istinadən məlumatına görə, sərnişinlər və iki pilot da daxil olmaqla 9 nəfər həyatını itirib. Sağ qalan yoxdur.
"Hawker 25" tipli kiçik tumlu təyyarə yaşayış ərazisinə düşüb. Nəticədə təyyarənin düşdüyü ərazidə sakinlər saatlarla elektrik enerjisindən məhrum olublar.
Təyyarə Deyton şəhərindən Ekron-Fulton istiqamətində uçub. Lakin ünvana 3 kilometr qalmış qəzaya uğrayıb. Təyyarə düşən zaman yaşayış evlərindən birini tamamilə dağıdıb, yanğın baş verib. Həmin vaxt evdə heç kəs olmayıb.
Qəzanın səbəbləri araşdırılır.