Rusiya ilə sərhəddə müvəqqəti bağlanan Xanoba keçid məntəqəsi yenidən açıldı

Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd-keçid məntəqəsinin bağlanması və bu səbəbdən Xaçmaz rayonu ərazisində fəaliyyətini dayandıran Xanoba sərhəd-keçid məntəqəsi bu gündən işini bərpa edib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, sentyabrın 15-dən təmir məqsədilə bağlanan Rusiyanın Tahirkənd Qazmaları sərhəd-keçid məntəqəsində təmir işləri yekunlaşıb və hər iki məntəqə öz fəaliyyətini davam etdirməyə başlayıb.

 

Qeyd edək ki, adı çəkilən sərhəd-keçid məntəqəsi bağlı olduğu müddətdə Rusiyaya keçmək istəyənlər Qusar rayonu ərazisində yerləşən Şirvanovka keçid məntəqəsindən istifadə ediblər. Bu müddət ərzində isə Samur gömrük-keçid məntəqəsi də avtomobillərin qonşu ölkəyə vaxtında və növbəsiz keçməsi üçün gücləndirilmiş iş rejiminə keçmişdi.

 

Müəllif | Apa.Tv
Vəli Turan