Şirvanda yük və minik maşınları toqquşdu: bir ailə qəzaya uğradı
Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə saat 14.00 radələrində Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində, Şirvan şəhəri ərazisində qeydə alınıb.
Şirvan sakininin idarə etdiyi “Ford” markalı, 99 FU 918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə Zəngilan sakini Şirinov Ruslan Şahmirzə oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10 MH 766 dövlət nömrə nişanlı avtomobil toqquşub. Avtoqəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sərnişini, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Şirinov Taleh Şahmirzə oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.
“VAZ-2107” markalı avtomobilin sürücüsü və dünyasını dəyişən şəxsin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şirinov Günəş Fizuli qızı Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onların azyaşlı uşaqları isə yüngül xəsarət alıb.
"Ford" markalı avtomobildə olan sərnişin - 1972-ci il təvəllüdlü Şirvan sakini Rzayev Bəxtiyar Rəhməd oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır.