Ermənilər Tərtərin Qapanlı kəndini atəşə tutdu
Erməni silahlı bölmələri ötən gecə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Feyruz Qarayevə məxsus evin dam örtüyü, divarları və pəncələri güllələrin hədəfi olub.
Bu zaman ev sahibləri yuxuda olduğundan xəsarət alan olmayıb.