"MTN işi" ilə bağlı daha bir həbs: sabiq şöbə rəisi tutuldu
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə Mirəziz Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mirəziz Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.