Ağstafada ağır qəza: 1 ölü, 4 yaralı
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə hadisə yolun Ağstafa rayonunun Qırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində maşınlardan birinin sürücüsü, Tovuz rayonun Əlibəyli kənd sakini, 46 yaşlı Mahir Cəfərov ölüb, sərnişinlər - Tovuz rayonunun Aşağı Quşçu kənd sakinləri, 40 yaşlı Sərdar Rüstəmov, 27 yaşlı Seymur Qasımov, 23 yaşlı Arzu Bağırov və digər avtomobilin sürücüsü, Qazax rayonun Çaylı kənd sakini 23 yaşlı Etibar Bənnayev müxtəlif bədən xəsarətləri alaraq, əvvəlcə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına daha sonra isə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın səbəbi dəqiqləşdirilir.