Azərbaycanlı futbolçu rus hakimi bir yumruğu ilə yerə sərdi

Rusiyanın "Viraj" klubunda çıxış edən Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılov hakimi vurduğu üçün sərt cəzalarla üzləşib.

 

APA TV-nin Rusiya Futbol İttifaqının saytına istinadən verdiyi məlumata görə, Nizam-İntizam Komitəsi 40 yaşlı hücumçunu 2 il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən məhrum edib.

 

Sərxan Mikayılov həmçinin 50 min rubl (təqribən 800 manat) məbləğində cərimələnib.

 

Xatırladaq ki, Sərxan Mikayılov ölkə çempionatının "Viraj" - "Kurqan" qarşılaşması zamanı hakimi vurub. Hakim onun qayda pozuntusuna yol verdiyini bildirdikdən sonra Sərxan Mikayılov topu ona tərəf tullayıb. Bunun qarşılığında qırmızı vərəqə görən futbolçu hakimin sifətinə yumruqla zərbə endirib.

Müəllif | Apa.Tv
Apa.tv