Cəbhə bölgəsindəki əkin sahələrində dərmanlama işləri aparılır
Respublika Bitki Mühafizə Mərkəzi tərəfindən cəbhə xəttinə yaxın yonca və taxıl sahələrində dərmanlama işləri aparılıb.
APA TV-nin məlumatına görə, gəmiricilərə qarşı mübarizə tədbirləri yerli bələdiyyə üzvləri ilə birlikdə həyata keçirilib.
Bitki Mühafizə Mərkəzindən bildirilib ki, gəmiricilər əsasən Tərtər, Ağdam, Ağcabədi, Beyləqan və Füzuli rayonlarına hücum çəkib. Bunun qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri bölgəyə ezam olunub.
Respublika Bitki Mühafizə Mərkəzi əməkdaşlarının sözlərinə görə, dərmanlama işləri aparılsa da, təhlükə hələ sovuşmayıb. Buna səbəb işğal altındakı ərazilərdə gəmiricilərin çoxalması üçün münbit şəraitin olmasıdır.