"Çəhrayı brilliant"dan sonra "Mavi brilliant"ı da eyni adam aldı - 95 MİLYON DOLLAR

Dünyanın nadir brilliantlarından daha  biri satılıb. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, "Sotheby's" hərrac evində 12,03 karatlıq mavi rəngdə olan brilliant rekord məbləğə satılıb.

 

Bu brilliant daş-qaş həvəskarları arasında "Mavi ay" adlandırılıb və bu daşı əldə etmək istəyənlər İsveçrənin Cenevrə şəhərinə toplaşıblar. Adı açıqlanmayan şəxs bu brillianta 48,5 milyon dollar sayıb.


Xatırladaq ki, dünən "Christie's" auksionunda daha bir nadir brilliant satılıb. Çəhrayı rəngdə olan və "Çəhrayı Jozefina" adlandırılan həmin brilliant 46 milyona qiymətə satılıb. Həmin daş isə 24,78 karat ölçüdə olub. Məlumata görə hər iki daşı adı açıqlanmayan Honkonqdan olan bir şəxs alıb.

Müəllif | Apa.Tv
Apa.tv