İraq kürdləri İŞİD-ə qarşı hücuma keçdi
İraqda kürd peşmərgələr İŞİD mövqelərinə hücuma keçiblər. APA TV-ni "Vesti.az"a istinadən verdiyi məlumata görə, bu əməliyyat terrorçuların ötən ilin sonundan ələ keçirdiyi Sincar şəhərinin təmizlənməsinə hesablanıb.
Kürd peşmərgələrini havadan ABŞ aviasiyası dəstəkləyir.
Xatırladaq ki, Sincar İraqın şimalında strateji şəhər hesab edilir. Bu şəhər üzərindən İraq-Suriya avtomagistralı keçir. İŞİD məhz bu yoldan istifadə etməklə nəzarətində saxladığı İraqın Mosul və Suriyadakı Rəqqa şəhərləri arasında əlaqə yarada bilir.