Norveçdə qaçqın düşərgəsində güclü yanğın baş verdi

Norveçdə qaçqınların məskunlaşdığı düşərgədə güclü yanğın olub. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, 500 miqrant təxliyə edilib.


Yanğını bir neçə saat söndürmək mümkün olmayıb. Hadisənin səbəbləri məlum deyil. Amma yanğının istirahət otaqlarından və ümumi mətbəxdən qaynaqlandığı dəqiqləşdirilib. Məhz buna görə də sonuncu hadisədə qaçqınların özlərinin günahkar olduqları ehtimal olunur.


Xatırladaq ki, bu Norveçdə miqrantlar üçün ayrılan düşərgədə ilk yanğın hadisəsi deyil. Belə hadisələrlə əlaqədar artıq 20 cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv