Mingəçevirdə polis əməkdaşı avtomobili ağaca çırparaq öldü
Mingəçevir şəhərində ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Oğuz rayonu Padar kənd sakini olan və Oğuz şəhəri Rəhimov küçəsi ev 8, mənzil 9-da yaşayan 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı Füzuli Əliyev aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Polis serjantı olan Füzuli Əliyev Oğuz Rayon Polis Şöbəsinin əməkdaşı idi.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.