Əli Abbasov nazir vəzifəsindən azad edildi

Azərbaycan prezidenti İlham Əliyev rabitə və yüksək texnologiyalar nazirinin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. APA TV-nin məlumatına görə, sərəncama əsasən, Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Əli Abbasov 2004-cü il fevralın 20-də prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmuşdu. 

Müəllif | Apa.Tv
Apa.tv