Şəmsəddin Küzəçi: "Məqsəd türkmənləri Kərkükdən çıxarmaqdır "
Türkmənli Mətbuat Şurasının sədri Şəmsəddin Küzəçii Kərkükdə gerçəkləşən terror aktlarının səbəbini APA TV-yə şərh edib. Onun sözlərinə görə, gələcəkdə İraqın şimalında Kürdüstan bölgəsinin qurulması və Kərkükün də ora daxil edilməsi planlaşdırılır.
Şəmsəddin Kuzəçi terror hadisələrinin baş verməsinin ən böyük səbəbinin də məhz bu olduğunu deyib. Onun sözlərinə görə, Bağdad istisna olmaqla yalnız Kərkükdə terror aktları gerçəkləşdirilir ki, bu da əsas hədəfin Kərkük və orada yaşayan türkmənlər olduğunu təsdiqləyir.
Türkməneli Mətbuat Şurasının sədri türkmən-kürt probleminin yalnız Kərkük bölgəsində yaşandığını deyir.
Şəmsəddin Kuzəçi türkmən diaspor qurumlarının fəaliyyət göstərdikləri ölkələrdə Kərkükdə baş verən hadisələrin əsl mahiyyəti barədə ictimai rəy formalaşdırmağa çalışdıqlarını deyib.