Bakıda transseksualın boğazını kəsdilər

Bakıda transseksuala ağır bədən xəsarətləri yetirilib. APA TV-nin məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib. Ağır xəsarətlər alan Sumqayıt sakini Novruzov İlqar Əli oğlu xəstəxanaya yerləşdirilib.

 

Həkim Bəhruz Zeynalov bildirib ki, xəstəxanaya sağ yarısının kəsilmiş yarası ilə daxil olan şəxs təcili əməliyyat olunub, qanaxma dayandırılıb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.

 

İlkin məlumata görə, bir nəfər başına qırmızı rəngli parik qoymuş İlqar Novruzovu qadın hesab edib və onunla müştəri kimi tanış olub. Onlar "Gənclik" metro stansiyasının yaxınlığındakı mənzillərdən birinə gediblər. Ora çatdıqda müştəri qadın kimi qəbul etdiyi şəxsin əslində kişi olduğunu bilib. Bundan əsəbiləşən naməlum şəxs İlqar Novruzovun boğazına bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv