Goranboyda ağır qəza: sərnişin öldü, yaralılar var

Goran-Tərtər yolunun 17-ci km-liyində ağır yo nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə  gecə saat 1 radələrində Goranboy rayonunun Yeniyol kəndinin yaxınlığında baş verib.

 

Yusifzadə Baba İlham oğlunun idarə etdiyi  "NİVA" markalı avtomobillə Mustafayev Ramil Hamlet oğlunun  idarə etdiyi "Merсedes" markalı maşın toqquşub.  Nəticədə "NİVA"dakı  sərnişin, 1968-ci il təvəllüdlü  Təhməzov Zeynal İmran oğlu  hadisə yerində dünyasını dəyişib. "NİVA"nın sürücüsü  Yusifzadə Baba İlham oğlu, "Merсedes"in sürücüsü Mustafayev Ramil Hamlet oğlu və "Merсedes"dəki sərnişin Qasımova Aygül Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv