DSX Akademiyasında Konstitusiya günü qeyd olundu
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında ilk Milli Konstitusiyamızın 20 illiyi münasibətilə tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, əsas qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımız tarixi qələbələrə imza atıb, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri birliyində layiqli yer tutub.
Konstitusiya ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunub.