İŞİD Beyrutu partlatdı: 43 ölü, yaralı sayı çoxdur

Livanın paytaxtı Beyrutun cənubundakı Bürc-əl-Bərəcna rayonunda kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində ümumilikdə 43 nəfər həyatını itirib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ilk partlayış ərazidə yerləşən məscidin yanında törədilib. İkinci partlayıcı qurğu isə ərazidən 150 metr məsafədəki ticarət mərkəzinin yaxınlığında işə düşüb.

 

Partlayışlar nəticəsində 240 dinc sakinin yaralandığı bildirilir. Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv