Çexiya kürd silahlılarına 6 min ədəd avtomat göndərir

Çexiya İŞİD terror qruplaşması ilə mübarizə üçün kürd silahlılarına 6 min avtomat göndərəcək.

 

APA TV-nin “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın müdafiə naziri Martin Stropnitski bildirib.

 

Nazir həmçinin gələn həftə kürd silahlılarına 5 min ədəd qumbara və 10 mln patron göndərəcəyini qeyd edib.

 

Kürd silahlı dəstələr üçün nəzərdə tutulmuş yük ABŞ və Britaniya təyyarələri ilə ünvana çatdırılacaq.

 

Stropnitski silah-sursatın Suriyaya və ya İraqa göndəriləcəyini dəqiqləşdirməyib.

Müəllif | Apa.Tv
Apa.tv