Suriya ordusundan daha bir hücum: bir neçə mühüm şəhər azad edildi

Suriya ordusu hücumlarını davam etdirir. APA TV-nin "Rossiya 24" telekanalına istinadən məlumatına görə, Hələb vilayətinin cənub hissəsində bir neçə yaşayış məntəqəsi geri alınıb. Həmin qəsəbələr İŞİD-in və silahlı müxalifətin nəzarətində olub.


"Ən-Nüsra Cəbhəsi"nin əlində olan Hadər şəhəri də müxaliflərdən təmizlənib. Hazırda hücum Zərbə şəhəri istiqamətində davam etdirilir.


Hökumət qüvvələri komandanlığından bildirilib ki, növbəti hədəf İkardo şəhərdir. Orada isə İŞİD terrorçularının möhkəmləndiyi deyilir. Həmin şəhərin geri alınması Əsəd ordusuna strateji Homs-Dəməşq magistralına nəzarəti ələ keçirmək imkanı verəcək.


Suriya Silahlı Qüvvələrinin komandanlığı bu əməliyyatların uğurlu alınmasında Rusiya aviasiyasının rolunu xüsusi vurğulayır.

Müəllif | Apa.Tv
Apa.tv