Türkiyədə 11 PKK terrorçusu məhv edildi
Türkiyənin Şırnak vilayətinin Cizrə və Silopi rayonlarında PKK terrorçuları ilə silahlı qüvvələr arasında atışma baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, küçələrdə xəndək qazaraq, partlayıcı qurğu yerləşdirən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib. Bu zaman terrorçular hərbçilərə atəş açıblar.
İki rayonda keçirilən əməliyyat nəticəsində 11 terrorçu öldürülüb.