ABŞ Türkiyəyə daha 6 qırıcı təyyarə göndərdi
ABŞ İŞİD terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə zərbələr endirmək üçün Türkiyənin “İcirlik” aviabazasına əlavə olaraq altı “F-15” qırıcı-bombardmançı təyyarəsi göndərib.
APA TV-nin Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa üzrə komandanlığının bəyanatında bildirilir.
“Biz Türkiyənin hava məkanının suverenliyinin qorunmasında və İŞİD-i zəiflədərək tamamilə məhv edilməsində birgə səylərə dəstək məqsədilə türkiyəli tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdiririk”, - deyə bəyanatda qeyd olunur.
Təyyarələrin Böyük Britaniyadan göndərildiyi vurğulanır.
Xatırladaq ki, ABŞ bir neçə gün əvvəl Türkiyənin “İcirlik” aviabazasında altı ədəd “F-15C” və bir qrup “A-10” tipli döyüş təyyarələrini yerləşdirib.