DGK yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminar işə başlayıb.

 

APA TV-nin məlumatına görə, iki gün davam edəcək seminarın ilk günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov gömrük sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

 

O, aparılan uğurlu işlər sayəsində gömrük prosedurları və əməliyyatlarının sadələşdirildiyini, bunun həm bu sahədə çalışanlar, həm də vətəndaşlar üçün qənaətbəxş olduğunu vurğulayıb.

 

Seminarda gömrük bəyannaməsi mövzusunda təqdimat olub. Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə “Bəyannamə proseduru” mövzusunda çıxış edib, sualları cavablandırıb. O bildirib ki, Dövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni yeni qısa idxal və ixrac bəyannamələrini tətbiq edilməsinə hazırlaşır: “Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar”.

 

Daha sonra  “Gömrük əməliyyatları və prosedurları”, “Gömrük sərhəd keçid proseduru. Prosedurun sadələşdirilməsi üsulları” mövzusunda dinləmələr olub.

Müəllif | Apa.Tv
Apa.tv