Eldar Mahmudovun əmisi oğlunun yerinə təyinat: bir neçə rayonun polis rəisi dəyişdirildi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

 

APA TV -nin məlumatına görə, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, vəzifəsindən azad olunan Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

 

Nazirin digər əmri ilə Sabirabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib.

 

Bundan başqa, Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə daxili işlər orqanlarından xaric edilib.

 

Qeyd edək ki, bu barədə ilk xəbəri "Azvision.az" saytı yayıb.

Müəllif | Apa.Tv
Apa.tv