Azərbaycanda tikinti şirkətinin rəhbəri axtarışa verildi
Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub.
APA-nın məlumatına görə, “Ulduz-S” MMC-nin direktoru Elçin Yaqub oğlu Babayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Bakı şəhərinin Xətai Rayon Polis İdarəsi bu ilin sentyabr ayından onun barəsində axtarış elan edib.
Hazırda E.Babayevin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.