Pirallahıda balıqçı batdı
Xəzərdə daha bir balıqçı batıb
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirallahı rayonu ərazisində dənizdə 1 balıqçının batması barədə məlumat daxil olub.
Hava şəraiti əlverişsiz olduğundan, axtarışa bu gün Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub.