Ərdoğan: "Rusiyanın Suriyadakı aktivliyi bizə ciddi təhlükədir"

"Rusiyanın Suriyadakı aktivliyi Türkiyənin təhlükəsizliyinə ciddi əngəl yaradır". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində səsləndirib.

 

Dövlət başçısı eyni zamanda Rusiya ilə ən yüksək səviyyədə əməkdaşlıq edən ölkənin Türkiyə olduğunu və bu baxımdan Rusiya tərəfindən atılan addımların ölkəsi üçün anlaşılmaz olmasını vurğulayıb. Ərdoğan Türkiyənin bu istiqamətdəki narahatlığını "20-lik ölkələri"nin Antalyada keçirilməsi planlaşdırılan zirvə toplantısı zamanı Rusiya prezidenti Vladimir Putinin də diqqətinə çatdıracağını bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv