Zakir Qaralov Hacıqabulda vətəndaşları qəbul etdi

Baş prokuror Zakir Qaralov Hacıqabulda vətəndaşları qəbul edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon prokurorluğunun inzibati binasında kiçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarının sakinləri iştirak edib.

 

Baş prokuror tərəfindən 20-yə qədər vətəndaşın müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri dinlənilib.

 

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həll edilib, digər müraciətlərin araşdırılması və baxılması üçün prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
 

Prokurorluğun fəaliyyətinə aid olmayan müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı