Arif Məmmədov səfir rütbəsindən məhrum edildi
Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilib.
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, bu ilin iyununda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb. Bundan başqa, o, İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.
Arif Məmmədov 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri vəzifəsinə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.