Milli təhlükəsizlik nazirinin müavini işdən çıxarıldı

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev vəzifəsindən azad olunub.

 

Bu barədə APA mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.

 

İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin bir neçə yüksək vəzifəli nümayəndəsi həbs edilib, bəziləri isə işdən uzaqlaşdırılıb.

 

Hazırda Milli Təhlükəsizlik Nazirliyində kadr islahatları davam edir.  

 

Müəllif | Apa.Tv