Hüquq müdafiəçisi Elçin Behbudov dünyasını dəyişdi
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib. Bu barədə APA-ya komitədən bildirilib.
Məlumata görə, hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən Elçin Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.