Xaçmazda "KamAZ" minik maşını ilə toqquşdu, ölən var
Ötən gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, qəza Gəndob-Yalama yolunun 23-cü km-də, Qobuqırağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 33 yaşlı Tovuz rayon sakini Emin Əhmədovun idarə etdiyi 60 BF 652 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını Xaçmaz rayonunun Qobuqırağı kənd sakini Natiq Əmrəliyevin idarə etdiyi 10 DA 151 dövlət nömrə qeydiyyatlı “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşının sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.