Yağışlı havalar davam edəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 15-də bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-15, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı  yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv